×
A
A
A
Sazlamalar

Nazim Əlicanov: Hərbçi güləşçilərimizin Vətənə yüksək nailiyyətlərlə qayıdacaqlarına inanıram VİDEO

Bakı, 17 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Hədəfimiz hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatından Vətənə yüksək nailiyyətlərlə və qızıl medallarla qayıtmaqdır. Ölkəmizi layiqincə təmsil edib xalqımızı sevindirməyə çalışacağıq.
Bunu Litvanın Klaypeda şəhərində keçiriləcək hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında mübarizə aparacaq Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun komandasının baş məşqçisi beynəlxalq dərəcəli idman ustası, Əməkdar Məşqçi, mayor Nazim Əlicanov AZƏRTAC-a müsahibəsində deyib.
Baş məşqçi bildirib ki, Azərbaycanı yunan-Roma güləşi yarışında 8, sərbəst güləş üzrə 6 və ilk dəfə olaraq iki qadın güləşçi təmsil edəcək. İdmançılarımız əvvəlki dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak edib və yüksək nailiyyətlər qazanıblar. Çalışacağıq ki, dünya çempionatında ölkəmizi layiqincə təmsil edib xalqımızı sevindirək.
“İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Təlim-məşq toplanışlarını yığma komandanın bazasında keçmişik. Komanda üzvlərinin əhval-ruhiyyəsi yaxşıdır. Ümid edirəm ki, güləşçilərimiz yüksək əyarlı medallar qazanacaqlar. Güləşçilər də, məşqlər də yarışa səylə hazırlaşıblar. Bizə yaradılan yüksək şəraitə görə Müdafiə Nazirliyinin və MOİK-in rəhbərliyinə minnətdarıq”, - deyə N.Əlicanov bildirib.

İdman 2017-09-17 06:44:00

Video