×
A
A
A
Sazlamalar

Polkovnik-leytenant Rəşad Quliyev: İdmançılarımızdan yüksək nəticələr gözləyirik VİDEO

Bakı, 16 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası Litvanın Klaypeda şəhərində keçiriləcək hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına tam hazırdır.
Bunu MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyev AZƏRTAC-a müsahibəsində deyib.
R.Quliyev bildirib ki, bu mötəbər yarışla əlaqədar MOİK idmançılarının bütün təlim-məşq toplanışları başa çatıb. Heyətimiz bu yarışa yüksək səviyyədə hazırdır. Ümid edirəm ki, uğurlu nəticələr qazanacaqlar.
Yarışda Azərbaycanın 24 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacağını vurğulayan MOİK rəisi deyib: “Komandamızın heyətində güclü idmançılar çoxdur. Ümid edirəm ki, ölkəmizə çox yaxşı nəticələrlə qayıdacağıq. Əsas məqsədimiz qalib olmaqdır. Ölkəmizi təmsil edəcək idmançılardan yüksək nəticələr gözləyirik”.

İdman 2017-09-16 20:18:00

Video