Moskvada tikilən ən hündür seyr qülləsi açılışa hazırdır
Bakı, 16 sentyabr, AZƏRTAC
Moskvada Avropada ən hündür seyr qülləsi inşa olunub.
"Başnya Federasiya" QSC-nin direktoru Mixail Smirnov bildirib ki, cari ilin sonunadək "Moskva-Siti"də Avropada ən yüksək seyr qülləsi açılacaq. O, "Federasiya. Vostok" binasında yerləşəcək.
AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, "Federasiya. Vostok" binasında bütün tikinti işləri sona çatıb. Bina 99,7 faiz açılışa hazırdır. Binanın 2-3 ay ərzində açılması planlaşdırılır və seyr qülləsi də ziyarətçilər üçün açıq olacaq. Qüllədə dondurma fabriki də fəaliyyət göstərəcək.
Xatırladaq ki, "Başnya Federasiya" iki göydələndən ibarətdir: "Vostok i Zapad". "Federasiya. Vostok"un hündürlüyü 374 metr, 97 mərtəbədən ibarətdir. Seyr meydançası 89-ci mərtəbədə yerləşir. 63 mərtəbədən ibarət olan "Federasiya. Zapad"ın hündürlüyü isə 242 metrdir.
2014-ci ildən "Federasiya. Vostok" Avropada ən yüksək qüllə hesab olunur.
Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib