×
A
A
A
Sazlamalar

Kanadada vergi planlaşdırmasının qadağan edilməsi narazılıqla qarşılanır

Bakı, 16 sentyabr, AZƏRTAC 

Kanada hökuməti vergi planlaşdırmasının geniş yayılmış üç metodunun ləğv edilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, hökumətin qənaətinə görə, bu metodlar vergi ödəməkdən böyük məbləğlərdə yayınmağa şərait yaradır.
Hökumət zəngin vətəndaşlara məxsus gəlirlərin bir hissəsinin onların ailə üzvlərinin adlarına keçirilməsinin qarşısını almaq niyyətindədir. Çünki gəlirlərin adlarına köçürüldüyü insanların vergi öhdəliyi əhəmiyyətli dərəcədə aşağı olur. Bundan əlavə, korporasiyaların öz gəlirlərini bilərəkdən az göstərdiklərinə və gəlirlərin bir hissəsinin yüksək vəzifəli rəhbərlərin adına mükafat olaraq keçirilməsinə də tez-tez rast gəlinir.
Bu sahədə aparılan müzakirələrlə əlaqədar olaraq, Kanadanın iri 35 şirkəti ölkənin maliyyə naziri Bill Mornöyə məktub göndərərək qadağanın aradan götürülməsini xahiş edib.

Dünya 2017-09-16 18:42:00