×
A
A
A
Sazlamalar

Dubayda Venesiyanın bənzəri olan otel tikiləcək

Bakı, 16 sentyabr, AZƏRTAC
Dubayda Venesiyanın bənzəri olan otel tikiləcək.
AZƏRTAC "The Teleqraf"a istinadla xəbər verir ki, süni adada yerləşən şəhərdə İtaliyadan gətirilmiş qondolalar, yol və körpülər, eləcə də Müqəddəs Mark meydançası olacaq.
414 nömrədən ibarət otelin 180 nömrəsi suyun altında yerləşəcək. Üzən oteldə eyni vaxtda 3 minədək qonaq yerləşə bilər. Kompleksdə qayıq və hidrotəyyarələr üçün yanalma körpüləri, eləcə də vertolyot meydançası fəaliyyət göstərəcək.
Oteldə 12 çimərliyin inşası da planlaşdırılır. Layihənin dəyəri 681 milyon dollar həcmində qiymətləndirilir. Otel 2020-ci ildə ilk qonaqlarını qəbul edəcək.

Dünya 2017-09-16 18:31:00