×
A
A
A
Sazlamalar

Misirdə avtobus aşıb, 18 fəhlə xəsarət alıb

Qahirə, 16 sentyabr, AZƏRTAC
Misir KİV-lərinin yaydığı məlumata görə, ölkədəki şirkətlərdən birinin fəhlələrini daşıyan avtobus Ayn-Soxna trasında aşıb.
AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 18 yerli fəhlə müxtəlif ağırlıq dərəcəsində xəsarət alıb. Yol polisinin ilkin məlumatına görə, hadisə avtobus şininin partlaması səbəbindən baş verib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2017-09-16 13:36:00