×
A
A
A
Sazlamalar

Böyük Britaniya ilə Çin bərpaolunan enerji sahəsində əməkdaşlıq edəcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Böyük Britaniya və Çin bərpaolunan enerji sahəsində birgə əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya və Çində külək və dalğa enerjisində yeni nəsil texnologiyalarının inkişaf etdirilməsi üçün beş layihədə birgə əməkdaşlıq edəcək. Birləşmiş Krallıq Ətraf Mühiti Araşdırma Şurası ilə Mühəndislik və Fiziki Elmlər Araşdırma Şurası Çin Milli Təbiət Elmləri Birliyindən da maliyyə dəstəyi alan layihələr üçün qarşıdakı üç il ərzində 4 milyon funt-sterlinq (5,3 milyon dollar) vəsait ayıracaq.
Qeyd edək ki, ilin əvvəlində “Westwood Global Energy Group” enerji araşdırma şirkəti 2017-ci və 2025-ci illər arasında külək enerjisinin 5 dəfə artacağını proqnozlaşdırdı. Ümumilikdə bu sahəyə 289 milyard avroluq (təxminən 315,7 milyard dollar) ümumi investisiyaların təxminən yarısı Böyük Britaniya və Çindəki layihələrə yönəldiləcək.

Dünya 2017-09-16 11:16:00