×
A
A
A
Sazlamalar

Norveçin neft hasilatı azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Avqustda Norveçin neft hasilatı azalıb.
AZƏRTAC Norveç Neft Direktorluğuna istinadla xəbər verir ki, Norveçin neft hasilatı avqust ayında iyul ayı ilə müqayisədə gündəlik 41 min barrel azalıb. Ötən ay Norveçin gündəlik neft hasilatı isə 2016-cı ilin avqust ayı ilə müqayisədə 1,4 faiz azalıb.
Ümumilikdə, neft hasilatı indiyədək bu ilin proqnozundan təxminən 1,6 faiz azdır. Avqust ayında Norveçin gündəlik hasilatı təxminən 1,9 milyard barrel neft və kondensat olub.
Avqustda təbii qaz hasilatının ümumi həcmi isə iyulla müqayisədə gündəlik 0,1 milyard kubmetr azalaraq 10,4 milyard kubmetr olub.

 

Dünya 2017-09-16 10:50:00