×
A
A
A
Sazlamalar

ABŞ-da neft quyularının sayı azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC

ABŞ-da aktiv neft quyularının sayı azalıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 7 ədəd azalaraq 749, qaz quyuları sayı isə 187 olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 8 ədəd azalaraq ümumilikdə 936 olub. Beləliklə ABŞ-da aktiv neft quyularının sayı son 5 həftənin 4-də azalıb.
Bir il əvvəl isə ölkədə yalnız 489 qurğu aktiv idi.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 404-ə geriləmişdi.

Dünya 2017-09-16 10:41:00