×
A
A
A
Sazlamalar

İraq Kürd Regional Məclisi müstəqillik məqsədilə referendum keçirmək barədə qərar qəbul edib

İstanbul, 16 sentyabr, АZƏRTAC

İraq Kürd Regional Məclisi müstəqillik məqsədilə bölgədə referendum keçirmək barədə qərar qəbul edib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, İraqın ərazi bütövlüyünün tərəfdarı olan Türkiyə və İran, eləcə də rəsmi Bağdad İraq Kürd Regional Rəhbərliyinin referendum barədə qərarını ilk gündən separatizm adlandıraraq onun əleyhinə çağırışlar edirlər. Belə bir şəraitdə Məclisin bu qərarı ilə bölgədəki vəziyyətin daha da mürəkkəbləşəcəyi gözlənilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-09-16 07:18:00