Sürətinə görə dünyanın ən güclü smartfonu Çin istehsalçısı olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Ekspertlər hazırda mövcud smartfonların gücünü təhlil edərək onların dünyada ən sürətlisini müəyyənləşdiriblər.
AZƏRTAC xəbər verir ki, “AnTuTu” resursunun tərtibatçıları eyniadlı proqramdan istifadə etməklə müxtəlif smartfonların məhsuldarlığını analiz edib və əldə olunan nəticələrə əsasən onların ən güclüsünün reytinqini tərtib ediblər.
Sürətinə görə birinci yeri Çin istehsalçısı tərəfindən buraxılan “One Plus 5” smartfonu tutub. Reytinqin ikinci pilləsində “HTC U11” smartfon modeli qərarlaşıb. Sonrakı mövqedə cüzi fərqlə bu ilin iyununda buraxılan “ZTE Nubia Z17” yer alıb.
Məlumata görə, ilkin beşliyi iki “Samsung” modeli - “Galaxy S8+” və “Galaxy S8” tamamlayır. Analitiklər, həmçinin ən güclü qurğular onluğunda “Apple” şirkətinin əvvəlki qabaqcıl “iPhone 7 Plus” modelini qeyd ediblər.
Hazırkı reytinqin tərtib edilməsində sentyabrın 12-də təqdim edilən “iPhone” modelinin üç yeni versiyasının imkanları nəzərə alınmayıb. Ekspertlərin fikrincə, yeni qurğulardan biri növbəti ayda tərtib ediləcək reytinqə başçılıq edə bilər.
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır
Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar
İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar