×
A
A
A
Sazlamalar

Filippinin bütün ərazisində hərbi vəziyyət elan edilə bilər

Tokio, 15 sentyabr, AZƏRTAC
Filippin Prezidenti kütləvi mitinqlər başlayacağı təqdirdə ölkənin bütün ərazisində hərbi vəziyyət elan edə bilər. Bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana açıqlama verib.
Ölkənin bütün ərazisində hərbi vəziyyətin tətbiqinin mümkünlüyü barədə sualı cavablandıran nazir deyib: “Əgər kütləvi etirazlar ölkənin normal həyatını pozarsa, bu halda bütün ölkə ərazisində hərbi vəziyyət elan edilə bilər”.
Xatırladaq ki, mayda Filippin Prezidenti Rodriqo Duterte Mindanao əyalətində yaraqlılarla ordunun toqquşması səbəbindən həmin ərazidə hərbi vəziyyət elan edib. R.Duterte bildirib ki, hərbi vəziyyət ilin sonunadək davam edə bilər. Döyüşlər əsasən 500-dək “Maute” qruplaşmasına məxsus yaraqlı tərəfindən işğal edilən Maravi şəhərində gedir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-15 17:58:00