×
A
A
A
Sazlamalar

BMT Təhlükəsizlik Şurasının KXDR-nin son raket sınağı ilə bağlı toplanacağı gözlənilir

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu gün Yaponiya və Cənubi Koreyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçiriləcəyi gözlənilir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın altıncı və ən güclü raket sınağı ilə bağlı toplanacaq.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası tərəfindən buraxılan növbəti ballistik raket Yaponiyanın Hokkaydo adası üzərindən keçərək Hokkaydo adası yaxınlığındakı Erime burnundan 2 min kilometr şərqdə suya düşüb.

Dünya 2017-09-15 17:04:00