×
A
A
A
Sazlamalar

Qırğızıstanda yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər həlak olub

Bişkek, 15 sentyabr, АZƏRTAC
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Cəlalabad vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər həlak olub.
Məlumatda deyilir ki, “Audi” və “Hyundai” markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər yerindəcə ölüb, bir nəfər isə xəstəxanada keçinib.
Bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2017-09-15 16:52:00