×
A
A
A
Sazlamalar

Dubay Əmiri müasir ərəb dünyasının beş böyük şəxsiyyətindən biri sayılıb

Abu-Dabi, 15 sentyabr, AZƏRTAC 

ABŞ-ın aparıcı “Huffington Post” nəşrinin versiyasına görə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum dünyaya ən müsbət təsir göstərmiş beş ən nüfuzlu ərəbdən biri sayılıb.
AZƏRTAC xəbər verir ki, BƏƏ-də çıxan “GulfNews” nəşrində Şeyx Məhəmmədin inkişaf etməkdə olan ölkələrdə inkişaf proseslərinə və humanitar sahəyə töhfəsi vurğulanır. Dubay Əmirinin təşəbbüsü ilə səhiyyə sahəsində layihələr işləyib hazırlayan və bütün dünyada yardım göstərilməsi səylərini dəstəkləyən bir neçə təşkilat fəaliyyət göstərir.
Məqalədə deyilir: “The Mohammad Bin Rashid Al Maktoum Global Initiative” 116 ölkədə 130 milyon insana kömək edib. Onun “Dubai Cares” xeyriyyə təşkilatı yoxsulluğa qarşı mübarizə aparmaq, bilik yaymaq və yoxsulları maarifləndirmək məqsədinə xidmət edən ən iri humanitar proqramlardan biridir”.
“Huffington Post”un siyahısına Fuad Mahzumi ( Livan), şahzadə Əl-Valid bin Talal (Səudiyyə Ərəbistanı), Karlos Slim Elu (Livan) və Süleyman Əbdüləziz Al-Raci (Səudiyyə Ərəbistanı) kimi şəxsiyyətlər daxildir.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi

Dünya 2017-09-15 15:17:00