Peru Konqresi ölkə hökumətinə etimadsızlıq göstərib
Bakı, 15 sentyabr, AZƏRTAC
Peru Konqresi ölkə hökumətinə etimadsızlıq göstərib və hökumət rəhbəri Fernando Savalo başda olmaqla, bütün Nazirlər Kabineti 72 saat ərzində istefa verməlidir. Bu barədə yerli xəbər portalı RPP məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, sentyabrın 14-də Peru Konqresi ölkə hökumətinə etimad məsələsini səsverməyə çıxarıb. Yeddi saat çəkən debatlardan sonra səsvermə keçirilib, nəticədə 76 nəfər əleyhinə, 22 nəfər lehinə səs verib, 16 nəfər isə bitərəf qalıb.
“Prezident Kuçinskinin (Pedro Pablo) rəhbərliyi ilə ölkəyə sədaqətlə xidmət etmək mənim üçün şərəf idi. Bütün komandam, çox sağ olun. Sizinlə işləmək mənim üçün şərəf idi”, – hökumət başçısı F.Savalo Twitter səhifəsində belə yazıb.
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər