×
A
A
A
Sazlamalar

ABŞ-da hərbi hissədə partlayış baş verib: yaralananlar var

Bakı, 15 sentyabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya bölgəsində əsgərlərin olduğu hərbi hissədə partlayış baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, partlayış nəticəsində 15 əsgər yaralanıb. Yaralanan əsgərlər vertolyotla hərbi hospitala aparılıb.
Partlayışın səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Dünya 2017-09-15 06:11:00