×
A
A
A
Sazlamalar

“Harvi” qasırğası nəticəsində Texasda ölənlərin sayı 80-ni ötüb

Bakı, 15 sentyabr, AZƏRTAC
Texas ştatının qubernatoru Qreq Ebbotun açıqlamasına görə, “Harvi” qasırğası nəticəsində ölənlərin sayı, çox güman ki, 80-ni ötüb. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Texas qubernatoru mətbuat konfransında 82 nəfərin ölməsi barədə məlumatın olduğunu söyləyib. Lakin qeyd edib ki, bu adamların hələ ki hamısının ölüm səbəbi müəyyənləşdirilməyib. Qreq Ebbotun sözlərinə görə “70-dən çox” adamın qasırğa nəticəsində öldüyünü əminliklə demək olar.

Dünya 2017-09-15 01:56:00