×
A
A
A
Sazlamalar

Erməni siyasətçisi: Prezident Serj Sarkisyan cinayətkardır və onun yeri islah əmək düşərgəsidir

Tehran, 15 sentyabr, AZƏRTAC
Ermənistanda fəaliyyət göstərən “Erkir Tsirani” partiyasının sədri Zarui Postancanyan Yerevanda keçirdiyi mətbuat konfransinda prezident Serj Sarkisyanı cinayətkar adlandırıb.
Ermənistan mətbuatı bildirir ki, 2018-ci ildə gözlənilən siyasi dəyişikliklərdən danışan siyasətçi xanımın fikrincə, gələn il S.Sarkisyan ölkənin baş naziri olmamalıdır. Partiya sədrinin sözlərinə görə, S.Sarkisyanın yeri baş nazir kürsüsü deyil, müttəhimlər kürsüsüdür. Onun əsl yeri islah əmək düşərgəsidir. S.Sarkisyan oğru və canidir. Ölkəni talayıb xaricə daşıdığı pulları ətrafındakı adamlarla bölüşdürür.
Erməni siyasətçisinin fikrincə, məhz S.Sarkisyanın siyasi addımları nəticəsində ötən ilin aprel ayında Ermənistan ağır məğlubiyyətə düçar olub.
Zarui Postancanyan nəzərə çatdırıb ki, S.Sarkisyanın bütün cinayətlərini sübuta yetirən faktlar sənədlər əsasında toplanıb və yaxın vaxtlarda mətbuata təqdim ediləcək.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2017-09-15 00:47:00