×
A
A
A
Sazlamalar

Məşhur rusiyalı tennisçinin həyatından bəhs edən kitab çap olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Bu ilin sentyabrında məşhur rusiyalı tennisçi Mariya Şarapovanın həyatından bəhs edən kitab işıq üzü görəcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə tennisçinin “Unstoppable: My Life So Far” adlanan avtobioqrafik kitabının təqdimatı və “imza günü” keçirilib.
Kitab Şarapovanın 6 yaşında ABŞ-a köçməsindən başlayaraq “meldoniy” həblərindən istifadəyə görə iki il müddətinə idmandan kənarlaşdırılmasınadək olan dövrü əhatə edir.
Qeyd edək ki, Mariya Şarapova "Böyük dəbilqə" turnirinin beş qat qalibidir. O, həmçinin “London-2012” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Dünya 2017-09-14 18:46:00