×
A
A
A
Sazlamalar

Norveçin neft və energetika naziri Terje Söviknesdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

-Cənab Prezident.
1994-cü ildə ilk dəfə “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalandığı zaman müstəqil Azərbaycan ölkənin inkişafı üçün mühüm bir addım atdı. Mərhum Prezident Heydər Əliyev hökuməti Azərbaycanın enerji sektorunun inkişafında iştirak etmək üçün beynəlxalq şirkətləri ölkəyə dəvət etdi. Bu, qarşılıqlı faydalanma və məhsuldar əməkdaşlığın əsasını qoydu. Statoilun Azərbaycandakı fəaliyyəti Norveç və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır.
“Azəri-Çıraq-Günəşli” neft yataqlarında Hasilatın Pay Bölgüsü üzrə yeni Sazişin imzalanması ilə məhsuldar beynəlxalq enerji əməkdaşlığının yeni səhifəsi açılır. Bu Saziş cəlb olunan bütün tərəflər üçün böyük öhdəlikdir. Biz çox şadıq ki, Statoil və onun “AÇG” üzrə tərəfdaşları bu öhdəliyi birlikdə üzərlərinə götürüblər.
Həm Norveç, həm də Azərbaycan kifayət qədər qlobal enerji təminatçılarıdır. Bugünkü tədbir qarşıdakı onilliklər ərzində bizim Avropanı geniş və sabit enerji ilə təmin edən mühüm iştirakçılar olaraq qalmağımıza aydın siqnaldır. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcəkdir.
Cənab Prezident, Hasilatın Pay Bölgüsü üzrə yeni Sazişin imzalanması münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. “AÇG” yataqlarına cəlb olunan bütün tərəflərə gələcək inkişafda uğurlar arzu edirəm, Sizə və xalqınıza rifah, tərəqqi diləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

 

Terje Söviknes
Norveçin neft və energetika naziri

Məktublar 2017-09-14 16:56:00