Dünyada elektron ticarətin satış həcmi yüksəlir
Bakı, 14 sentyabr, AZƏRTAC
Dünyada elektron ticarətin satış həcmi yüksəlir.
AZƏRTAC xəbər verir ki, “Statista” təşkilatının məlumatına görə, qlobal bazarda elektron ticarətdə satışların həcmi yüksək templə artacaq, çünki bir çox pərakəndə tacirlər onlayn satış və internet marketinqdə maraqlıdır.
Hesabata əsasən, 2015-ci ildə fiziki məhsulların onlayn satış həcmi 294,45 milyard dollar təşkil edib. Bu halda proqnozlara görə, 2021-ci ilədək həmin məhsulların satış həcmi 485 milyard dolları ötəcək.
Maraqlıdır ki, ABŞ ümumi pərakəndə satış həcmində elektron ticarət payının göstəricisinə görə bir neçə ölkədən geri qalır. Məsələn, 2016-cı ildə Çində bütün pərakəndə satış həcminin təxminən beşdəbiri internetin payına düşüb. ABŞ-da bu göstərici 8,1 faiz təşkil edib.
OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub
Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb
Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır