×
A
A
A
Sazlamalar

“iOS 11” mobil əməliyyat sisteminin buraxılış tarixi məlum olub

Bakı, 14 sentyabr, AZƏRTAC

“Apple” şirkəti “iOS 11” mobil əməliyyat sisteminin təqdimat tarixini açıqlayıb. ABŞ şirkətinin istehsalı olan mobil qurğuların istifadəçiləri sentyabrın 19-dan etibarən yeniləmələri pulsuz quraşdıra biləcəklər.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, “iOS 11” sistemində tamamilə yenilənmiş “App Store” mağazası, "sükan arxasında olanda məni narahat etmə" funksiyası və yenidən işlənmiş idarə mərkəzi əlçatan olacaq. Təkmilləşdirilmiş “Siri” köməkçisi səslə tərcümə etməyi və istifadəçi haqda informasiyadan başqa qurğularda istifadə etməyi öyrənəcək. “Apple Maps” xəritəsində ticarət mərkəzləri və aeroportların sxemləri öz əksini tapacaq.
“Messages”də yaradılan məzmun “iCloud” “bulud” saxlanc sistemi vasitəsilə sinxronlaşdırılacaq (bütün mesajlar bütün qurğularda aktual olacaq). “Apple Pay” ödəmə xidməti “iMessage” vasitəsilə və “Touch ID” üzrə audentifikasiyadan keçməklə istifadəçidən istifadəçiyə pul göndərə biləcək.
“iOS 11” mobil sistemi “iPhone 5s”, “iPad Air” və “iPad Pro”, beşinci nəsil “iPad”, “iPad mini” və həmçinin altıncı nəsil “iPod touch” qurğularını dəstəkləyir.

Dünya 2017-09-14 14:22:00