Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulandı, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirildi. Qeyd olundu ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.
Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulandı.
Prezident İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu bildirdi və ordeni ona təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib