×
A
A
A
Sazlamalar

İranda baş verən yol qəzasında 11 nəfər həlak olub

Tehran, 14 sentyabr AZƏRTAC.

İranın Ərdəbil şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İRNA agentliyinin məlumatına əsasən, Ərdəbildən Kərəc şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb və 11 nəfər həlak olub. Ərdəbil polisinin açıqlamasında deyilir ki, sürücü sürət həddini aşmayıb. Hadisənin başvermə səbəbi araşdırılır.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2017-09-14 12:06:00