×
A
A
A
Sazlamalar

Hindistanda qayığın aşması nəticəsində azı 22 nəfər həlak olub

Bakı, 14 sentyabr, AZƏRTAC 

Hindistanda Yamuna çayında qayığın aşması nəticəsində azı 22 nəfər həlak olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Uttar-Pradeş şatatında baş verib.
Yayılan məlumatlara görə, qayıqda 60-a yaxın insan olub, hələlik onlardan yalnız 12-si xilas edilib. Fövqəladə hallar xidməti hadisə yerində xilasetmə əməliyyatlarını davam etdirir.

Dünya 2017-09-14 10:45:00