×
A
A
A
Sazlamalar

Türkiyə XİN: Afinada Türk Hava Yollarının ofisinə hücum edənlərin cəzalandırılmalarını gözləyirik

İstanbul, 14 sentyabr, АZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanın paytaxtı Afinada yerləşən Türk Hava Yollarının (THY) ofisinə edilmiş hücuma kəskin etirazını ifadə edib.
AZƏRTAC Türkiyə XİN-nin rəsmi saytına istinadla xəbər verir ki, məlumatda Yunanıstanda yerləşən Türkiyə diplomatik nümayəndəliklərinə qarşı da əvvəllər belə hücumların baş verdiyi və bu halların davam etməsinin yolverilməzliyi qeyd olunur.
Məlumatda o da bildirilir ki, hücum “Ruvikonas (Rubicon)” adlı anarxist təşkilatın üzvləri tərəfindən həyata keçirilib. Nazirlik ümid edir ki, Yunanıstanın hüquq-mühafizə orqanları tezliklə hücumu həyata keçirən cinayətkar qrupu məsuliyyətə cəlb edəcək.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-09-14 00:11:00