×
A
A
A
Sazlamalar

Çində torpaq sürüşməsi baş verib: ölənlər var

Bakı, 13 sentyabr, AZƏRTAC
Çinin Yünnan bölgəsində torpaq sürüşməsi nəticəsində yeddi nəfər həlak olub.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bölgədə şiddətli yağışlar səbəbindən baş verən torpaq sürüşməsində təxminən 100 ev dağılıb, 500 nəfər təxliyə edilib.
155 minədək insan hadisədən zərər çəkib.

Dünya 2017-09-13 23:44:00