×
A
A
A
Sazlamalar

Moskvada bomba həyəcanı: 20 min nəfər təxliyə olunub

Moskva, 13 sentyabr, AZƏRTAC
Moskvada bir neçə vağzal, ticarət mərkəzi və ali məktəbdə partlayış təhlükəsi barədə daxil olan anonim zənglərə görə 20 min nəfər təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtının bir sıra obyektlərinə, o cümlədən Qırmızı meydana bomba qoyulması barədə anonim zənglərdən sonra ümumilikdə 23 obyektdə təxliyə həyata keçirilib.
Moskvada Kiyev, Yarovslavl, Kazan vağzalları, “Metropolis” ticarət mərkəzi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və İ.M.Seçenev adına Moskva Dövlət Tibb Universitetindən insanlar küçəyə çıxarılıb.
Hüquq mühafizə orqanları zəng vuranları axtarır.
Ümumilikdə sentyabrın 13-də Rusiyanın 17 şəhərində 190-dan çox obyekt yoxlanılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2017-09-13 19:57:00