×
A
A
A
Sazlamalar

Naf çayında batan qayıq daha 9 arakanlı müsəlmanın həyatına son qoyub

Bakı, 13 sentyabr, AZƏRTAC

Banqladeşin sərhədindəki Naf çayında qayığın batması nəticəsində 9 arakanlı müsəlman həlak olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, müsəlmanlar Myanma ordusunun zülmündən canlarını qurtarmaq üçün Banqladeşə qaçmaq istəyiblər. Polisin məlumatına görə, həlak olan 9 nəfərin cəsədi tapılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, avqustun 25-dən bu günə qədər Naf çayında qayıqların batması nəticəsində 84 arakanlı müsəlman həlak olub.

Dünya 2017-09-13 19:19:00