×
A
A
A
Sazlamalar

Mersində xüsusi əməliyyat: bir milyondan çox narkotik həb ələ keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Türkiyənin Mersin limanında yük maşınında yoxlama aparılarkən 1 milyon 190 min narkotik həb ələ keçirilib. Narkotik həblər 120 paketin içində yerləşdirilib və 366 kiloqram 773 qram ağırlığında olub.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, əməliyyat nəticəsində beş nəfər həbs edilib.
Qeyd edək ki, yük maşını İtaliyanın Trieste limanından İraqın şimalına getmək üçün Mersin limanından keçməli olub.

Dünya 2017-09-13 19:13:00