×
A
A
A
Sazlamalar

CNPC və “Eni” birgə əməkdaşlığın möhkəmləndirilməsinə dair saziş imzalayıblar

Bakı, 13 sentyabr, AZƏRTAC
Çin Milli Neft-qaz Korporasiyası (CNPC) və İtaliyanın “Eni” şirkəti neft və qaz sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair saziş imzalayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Eni” məlumat yayıb. Bildirilir ki, saziş birgə əməkdaşlıq, kəşfiyyat və hasilat, qaz, maye təbii qaz satışı və logistikası imkanlarını, eləcə də neft emalı və neft-kimyası sahələrini əhatə edir. Tərəfdaşlıq Çində və xaricdəki fəaliyyətlərə aiddir.
Saziş Romada CNPC-ni sədri Vanq Yilin və “Eni” baş icraçı direktoru Klaudio Deskalzi arasında keçirilən görüş zamanı imzalanıb.

Dünya 2017-09-13 18:51:00