×
A
A
A
Sazlamalar

Çanaqqala boğazı gəmilərin keçidinə bağlı olub VİDEO

Bakı, 13 sentyabr, AZƏRTAC
Çanaqqala boğazı gəmilərin keçidinə bağlı olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, buna səbəb nəhəng neft platformasının üst modulunun Çanaqqala Boğazından keçməsidir. Nəhəng neft axtarış platformasının üst modulunun keçməsi ilə əlaqədar Çanaqqala boğazı tranzit gəmilərin keçidinə bağlı olub. Bahama Adaları bayrağı ilə üzən 115 metr uzunluğu və 75 metr hündürlüyü olan neft axtarış platformasının üst modulu Çanaqqala boğazından keçib. İspaniyanın Las Palmas limanından çıxan Rumıniyanın Konstanta limanına doğru hərəkət edən “Scarabeo 9” adlı və təxminən 37 min tonluq platformanın üst modulunun Çanaqqala Boğazından keçidi 2 saat çəkib.

Dünya 2017-09-13 18:06:00

Video