×
A
A
A
Sazlamalar

Danimarkada vergi inzibatçılığı sahəsində böyük ixtisaslaşma aparılacaq

Bakı, 13 sentyabr, AZƏRTAC 

Danimarka Vergilər Nazirliyinin açıqlamasına əsasən, hökumət qarşıdakı bir neçə il ərzində vergi inzibatçılığı üzrə islahatlara 10,5 milyard kron (1,68 milyard ABŞ dolları) məbləğində vəsait sərf edəcək.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Danimarkanın vergi orqanı SKAT geniş vergi inzibatçılığı sahəsində böyük ixtisaslaşma aparılması məqsədilə 2018-ci il iyul ayının 1-dən yeddi idarəetmə şurası ilə əvəz ediləcək.
“Biz tamamilə yeni bir vergi administrasiyası qurmuşuq. SKAT-ı əvəz edəcək yeni yeddi ödəniş sistemi qənaət hesabına deyil, investisiyalarla yaradılmalıdır. Hökumət bunu tarixdə ilk iri resurs həcmləri ilə həyata keçirir”,- deyə vergilər naziri Karsten Lauritsen bildirib.
Hökumət 2021-ci ilə qədər vergi orqanlarında işləməyə əlavə 1800 əməkdaş götürməyi və yeni informasiya sistemlərinə investisiya qoymağı planlaşdırır. Vergilər Nazirliyinin açıqlamasında göstərilir ki, əlavə sərmayələrin qoyuluşu diqqəti vergilərin böyük məbləğdə ödənilmədiyi sahələr, xüsusilə də əlavə dəyər vergisi üzərində cəmləşdirməyə yardımçı olacaq.

Dünya 2017-09-13 18:00:00