×
A
A
A
Sazlamalar

İtaliyada vulkan bir ailənin üç üzvünün ölümünə səbəb olub

Bakı, 13 sentyabr, AZƏRTAC

İtaliyanın Neapol şəhəri yaxınlığında 11 yaşlı uşaq Solfatara vulkanının kraterinə düşərək həlak olub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, oğullarını xilas etməyə çalışan valideynlər də sürüşərək həmin çuxura düşüblər.
Polisin məlumatına görə, kraterdə temperatur 1000 dərəcə olub.
Qeyd edək ki, Solfatara Neapola gələn turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Burada sonuncu dəfə vulkan 1198-ci ildə baş verib.

Dünya 2017-09-13 17:33:00