×
A
A
A
Sazlamalar

“Apple” yeni "Apple Watch" saat-telefonunu təqdim edib

Bakı, 13 sentyabr, AZƏRTAC

"Apple" korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni "Apple Watch" qurğusunu təqdim edib.
AZƏRTAC xəbər verir ki, məlumata görə, "Apple Watch Series 3" cihazı "LTE" dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.
Cihazın displeyi, həm də antena rolunu oynayır. "Apple Watch" qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni "Apple W2" prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı "Digital Crown" düyməsi qırmızı rəngdədir.
Qurğu sentyabrın 22-dən satışa çıxarılacaq. "LTE" versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.

Dünya 2017-09-13 14:18:00