“Çelsi”nin baş məşqçisi: “Qarabağ” yaxşı komandadır. Bu klubun oyunçularının çoxunu tanıyıram
Bakı, 12 sentyabr, AZƏRTAC
“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda “Qarabağ”la matçı ərəfəsində şərhlər verib: “Qarabağ” yaxşı komandadır. Onlar Çempionlar Liqasında ilk dəfə oynayırlar. Mən bu klubun oyunçularının çoxunu yaxşı tanıyıram, çünki İtaliya yığmasına rəhbərlik edəndə Azərbaycan komandasına qarşı oynamışam. Biz təsnifatda (Avropa çempionatı) görüşmüşdük. “Qarabağ” oyunçularının çoxu milli komandada çıxış edirdilər.
Biz bu cür qəliz matçlarda çox diqqətli olmalıyıq.
Şənbə günü bir matç keçirmişik, bu gün “Qarabağ”la qarşılaşacağıq, sonra isə qarşımızda “Arsenalla” çətin oyun dayanır. Rotasiya zəruridir və bu, normal haldır. Əks halda güclü oyun nümayiş etdirmək mümkün olmayacaq”.
Xatırladaq ki, “Çelsi” və “Qarabağ” arasında matç bu gün Londonda keçiriləcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir