×
A
A
A
Sazlamalar

İranın gündəlik neft hasilatı 2022-ci ilədək 4,5 milyon barrelədək artacaq

Bakı, 11 sentyabr, AZƏRTAC 

İranın 2022-ci ilə qədər gündəlik neft hasilatını 4,5 milyon barrelədək artırması gözlənilir.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, İranın neft hasilatı qarşıdakı beş il ərzində sutkada 4,5 milyon barrel səviyyəsinə çatacaq. İstehsal artımı “Qərbi-Karun” yatağından hasilatın gündəlik 420 min barrel, İranın orta və cənub neft yataqlarından isə gündəlik 280 min barrel artması ilə əlaqədardır.
Hazırda ölkənin neft hasilatının həcmi gündəlik 3,8 milyon barrelə bərabərdir.
İranın qaz hasilatı qeyd edilən vaxtda gündəlik 1,3 milyard kubmetrə, qaz kondensatı isə gündəlik 864 min barrelə çatacaq. Bu artım “Cənubi Pars” yatağındakı hasılat artımına görə baş verəcək. Maye təbii qazın istehsalı illik 10,5 milyon ton, etan istehsalı isə ildə 8,8 milyon ton səviyyəsinə çatacaq.
Ölkənin ümumi qaz ehtiyatları 12 trilyon kubmetr təşkil edir.

Dünya 2017-09-11 19:35:00