Ukrayna Prezidenti azərbaycanlı idmançını dövlət mükafatı ilə təltif edib
Kiyev, 9 avqust, AZƏRTAC
Ukrayna Prezidenti Petro Poroşenko ölkənin tanınmış idmançı və məşqçilərinin mükafatlandırılması barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Ukraynada idmanın inkişafındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında azərbaycanlı idmançı Orfan Sənanzadə də var. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.
Qeyd edək ki, həmyerlimiz kikboksinq idmanı üzrə bir sıra titullara sahib çıxıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
Yüksək Liqa: “Azərreyl” finala yüksəlib
Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir
Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir