×
A
A
A
Sazlamalar

Ronaldo CR7 ətrini təqdim edib

Bakı, 9 sentyabr, AZƏRTAC

“Real”ın və Portuqaliya futbol yığmasının hücumçusu Kriştianu Ronaldo yeni ətir təqdim edib.

AZƏRTAC “tribuna.com” saytına istinadla xəbər verir ki, CR7 ətrinin təqdimatı Madriddə keçirilib. Tədbirdə hücumçu videooyunda özünün virtual versiyasını idarə edib.
Ətriyyatçılar CR7-ni Ronaldonun üstünlük verdiyi əsasda hazırlayıblar. CR7 kişi, qadın və uşaqların gündəlik istifadəsi üçün nəzərdə tutulur.
“Yaxşı ətir məndə özünəinam yaradır”, - deyə portuqaliyalı bildirib. Hücumçu, həmçinin qeyd edib ki, onun həmişə darçın ətrindən xoşu gəlib.

İdman 2017-09-09 18:55:00