×
A
A
A
Sazlamalar

Mingəçevirin “Nur” həndbol komandası növbəti yoxlama görüşündən də qalib ayrılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları növbəti yoldaşlıq oyununda qüvvələrini sınayıblar.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ikinci yoxlama görüşündə də “Nur” komandası qalib gəlib. Belə ki, Mingəçevir təmsilçisi rəqibini 24:22 hesabı ilə məğlub edib.
İlk yoxlama oyunu da “Nur”un 33:26 hesablı qələbəsi ilə başa çatmışdı.

İdman 2017-09-09 17:26:00