×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın komandası “Huawei Tərəfdaşlıq Kuboku-2017” mini futbol turnirində böyük hesablı qələbə qazanıb VİDEO

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 9-da “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini futbol turnirinə start verilib.
Turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir.
Huawei, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi, AZƏRTAC, Smartcom, Azerconnect A, Azercell, Norm, Ultra, Baktelekom, Azerconnect B, Faber və Aztelekomu təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda yarışır. Hər komandanın heyətinə 15 oyunçu və bir kapitan daxildir. Matça FIFA üzrə Azərbaycan referisi Yusif Nurullayev hakimlik edir.
Püşkatma nəticəsində AZƏRTAC-ın komandasının ilk rəqibi FABER komandası olub.
“Şəfa” stadionunda keçirilən qarşılaşmada AZƏRTAC-ın komandası FABER komandasına 9:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, AZƏRTAC-ın komandası turnirə agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə hazırlaşıb.

İdman 2017-09-09 13:01:00

Video