×
A
A
A
Sazlamalar

Afinada sərbəst güləşçilərin mübarizəsi davam edir

Bakı, 9 sentyabr, AZƏRTAC 

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, altıncı yarış günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulurlar. Bu çəkilərdə Azərbaycanın idman şərəfini Tofiq Əliyev (46 kq), Şahmurad Usuflu (54 kq), Hacımurad Hacıyev (63 kq), İslam Əliyev (76 kq) və Temraz İsmayılov (100 kq) qoruyurlar.
Onaltıdabir finalda Şahmurad Usuflunun rəqibi ermənistanlı Tigran Ghazaryan olacaq, İslam Əliyev Kanada təmsilçisi Carson Barri Li ilə qarşılaşacaq. Hacımurad Hacıyev digər kanadalı güləşçi Tristan Hideki Katonun müqavımətini qırmağa çalışacaq, Temraz İsmayılov rusiyalı pəhləvan İsmail-bek Nirova qarşı mübarizə aparacaq. Tofiq Əliyev isə səkkizdəbir finalda Səudiyyə Ərəbistan güləşçisi Turki Ali Hazoaziyə qarşı güləşəcək.

İdman 2017-09-09 11:44:00