×
A
A
A
Sazlamalar

“Qarabağ” – “Roma” matçına iki gün ərzində 12 min 500 bilet satılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

“Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir. Bu günə olan məlumata görə, 12 min 500 bilet satılıb.
Futbol klubundan AZƏRTAC-a bildirilib ki, azarkeşlər biletləri “ASAN xidmət” mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.
Xatırladaq ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də saat 20:00-da başlayacaq.

İdman 2017-09-09 10:33:00