×
A
A
A
Sazlamalar

AFFA Rusiya Futbol İttifaqına etirazını bildirib

Bakı, 8 sentyabr, AZƏRTAC

AFFA Rusiya Futbol İttifaqına etirazını bildirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Rusiyanın futbol üzrə II Liqasında keçirilən “Ararat”–“Ryazan” oyunu zamanı “Ararat” komandasının azarkeşləri stadionda qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb.
AFFA baş vermiş hadisəni qəti şəkildə pisləyir və Rusiya Futbol İttifaqına müraciət edərək faktla bağlı tədbir görülməsini xahiş edib.

İdman 2017-09-08 18:01:00