×
A
A
A
Sazlamalar

Bionik linzalar ideal görməni təmin edəcək

Bakı, 8 sentyabr, AZƏRTAC

Kanadanın “Ocumetics Technology Corporation” şirkəti eynəyi və kontakt linzaları əvəz edə biləcək “Bionic Lens” qurğusunun kliniki sınaqlarını keçirir. Bionik linzanı artıq sifariş etmək mümkündür.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, “Bionic Lens” bir növ göz büllurunu əvəz edən implantdır. Bu implantın “quraşdırılması” praktik olaraq süni göz büllurunun quraşdırılması əməliyyatından fərqlənmir. İmplantasiyadan sonra linza görmənin torlu qişanın zədələnməsi ilə bağlı olmayan istənilən kənaraçıxmalara düzəliş edir. Beləliklə, “Bionic Lens” gözün içinə quraşdırılan “dinamik” linza ilə oxşarlıq təşkil edir. Bu, “Bionic Lens”in müxtəlif məsafələrə fokuslamağa imkan verən siliar əzələ ilə birləşməsi nəticəsində mümkün olur. İstehsalçılar bildirirlər ki, fokuslamanın diapazonu adi göz büllurundan daha genişdir. Bionik linzanın işinə 100 dəfə az enerji sərf edilir ki, bu da linzanı idarə edən əzələni yormur.
“Bionic Lens”dən istifadə edərək görməni 30 metrə qədər məsafədə olan kiçik predmetlərə (məsələn, avtomobilin nömrəsi) fokuslamaq olar. İstehsalçıların sözlərinə görə, insanlar barmaqlarına baxdıqda barmaq izlərini formalaşdıran ən xırda naxışları belə ayırd edə biləcək. Gələcəkdə implantı modifikasiya etmək (məsələn, təsviri xarici qurğunun ekranına çıxarmaq) mümkün olacaq.
Qurğunun qiyməti 3200 dollardır.

 

Bu maraqlıdır 2017-09-08 16:32:00