×
A
A
A
Sazlamalar

Bu gün şahmat üzrə Dünya Kubokunun 22 görüşü tay-breyklə davam edəcək

Bakı, 8 sentyabr, AZƏRTAC

Tbilisidə keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün – beşinci yarış günündə tay-breyk oynanılacaq.
AZƏRTAC xəbər verir ki, tay-breykdə 22 görüş olacaq. Onların sırasında azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üçüncü dövrəyə çıxmaq uğrunda mübarizə aparacaqlar. Şəhriyar Məmmədyarovun rəqibi Yuri Kuzubov (Ukrayna), Teymur Rəcəbovun rəqibi Vladislav Artemyevdir (Rusiya). İki partiyadan sonrakı hesab hər ikisində 1:1 olub.
Əvvəlcə rəqiblər iki partiya blits oynayacaq. Bundan sonra hesab yenə bərabər olacaqsa, onda rəqiblər rapid oynayacaq.

 



İdman 2017-09-08 15:45:00