×
A
A
A
Sazlamalar

Dövlət İqtisad Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. Bildirilib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilib. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə isə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınıb.
UNEC-in professorları Hidayət Cəfərov, Abbas Seyidov və Tofiq Quliyev tarixi faktlarla soyqırımı hadisələri barədə danışıblar. Natiqlər erməni daşnaklarının törətdikləri bu cinayətləri kəskin tənqid edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının əhəmiyyətini vurğulayıblar.
Sonda Mehriban Ələkbərzadənin “Tarixin bir günü və ya bir günün tarixi” sənədli filmi nümayiş olunub.

31 mart 2017-03-31 20:44:00