“Tədqiqlər” jurnalının yeni nömrələri çapdan çıxıb
Bakı, 9 dekabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Tədqiqlər” jurnalının 2024-cü il üçün 3-cü və 4-cü nömrələri çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məcmuənin yeni nömrələrində Azərbaycan dilçiliyi, ümumi dilçiliyin tədqiqinə aid müxtəlif məqalələr yer alıb. Jurnalda mərhum professor Aydın Ələkbərov haqqında professor İsmayıl Məmmədlinin “Nekroloq”u və filologiya elmləri doktoru Kamilə Vəliyevanın “Türk dünyasının fenomeni Aydın Qulam oğlu Ələkbərov xatirələrdə” məqaləsi öz əksini tapıb.
Jurnalın baş redaktoru dosent Şəkər Orucova, buraxılışa məsul dosent Ruslan Abdullayevdir.
“Tədqiqlər” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.
Молодые уругвайские дипломаты примут участие в курсах Университета АДА
Президент НАНА избран почетным академиком Хорезмской академии Мамуна Узбекистана
В Бакинском госуниверситете состоялась концертная программа «Братство»
В Баку проходит финал конкурса «Мост китайского языка» ВИДЕО