×
A
A
A
Sazlamalar

Bu ilin altı ayında metallurgiya sənayesində 5,5 faizlik artım olub

Bakı, 22 iyul, AZƏRTAC 

Cari ilin yanvar-iyun aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 173,6 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə metallurgiya sənayesində 5,5 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9,4 faizlik artım müşahidə edilib. Həmin dövr ərzində sahə üzrə 31,1 min ton (75,8 faiz çox) polad borular, 162,0 min ton (42,1 faiz çox) polad tökmə və 1,3 min ton (7,3 dəfə çox) ayna çuqun istehsal olunub.

Sənaye 2016-07-22 12:16:00